ünvan

AGA Business Center
Cəfər Cabbarlı 44, Bakı, Azərbaycan.

Thank you! Your message has been sent.
Unable to send your message. Please fix errors then try again.

ƏLAQƏ

Bizimlə əlaqə saxlayın

Müəssisənizdə sağlam və təhlükəsiz iş mühiti yaratmaq üçün biz buradayıq. Məsləhət sifariş edin — sizin üçün ən uyğun həlli birlikdə tapaq!

İŞ YERLƏRİNİN ATTESTASİYASININ KEÇİRİLMƏSİ

  Bizim əsas məqsədimiz istehsalatda təhlükəsizliyi təmin etmək və işçilərin rifahına töhfə verməkdir. Peşəkar komandamız iş yerlərində əmək şəraitinin qiymətləndirilməsi, istehsalat amillərinin ölçülməsi və attestasiyadan keçən müəssisələrə məsləhət xidmətlərinin göstərilməsi üzrə ixtisaslaşıb. 
Biz yalnız standart ölçmələr aparmırıq — həm də sizin üçün sağlam, təhlükəsiz və səmərəli iş mühiti yaratmaqda dəstək oluruq. Bu isə birbaşa olaraq müəssisənizin məhsuldarlığının və davamlı inkişafının artmasına xidmət edir. 
 
Əmək Şəraiti üzrə Attestasiya 
İş yerlərinin attestasiyası sadəcə qanuni tələb deyil, eyni zamanda işçilərin sağlamlığının qorunması və istehsalatda təhlükəsizliyin artırılması üçün vacib mərhələdir. 
Azərbaycan Respublikasının Əmək Məcəlləsinə (Maddə 64) və Nazirlər Kabinetinin 38 saylı Qərarına əsasən, bütün işəgötürənlər attestasiyanı keçirməlidirlər. Biz bu prosesi tam olaraq qanunvericiliyin tələblərinə uyğun, peşəkar yanaşma ilə həyata keçiririk. 
 
Attestasiya xidmətlərimizə daxildir 
ATTESTA MMC olaraq, biz müəssisəniz üçün yalnız ölçmələr deyil, həm də hərtərəfli həllər təqdim edirik: 
 1. Attestasiyaya Hazırlıq. Lazımi əmrlərin, qərarların və sənədlərin hazırlanması, prosesi addım-addım dəstəkləmək.
 2. İş Mühitinin Ölçülməsi. Fiziki, kimyəvi, bioloji və digər istehsalat faktorlarının dəqiq təhlili.
 3. Risklərin Qiymətləndirilməsi. Mövcud təhlükələrin araşdırılması və qəza risklərinin minimuma endirilməsi üçün praktiki həllər.  
 4. Əməyin Mühafizəsi Planı. Attestasiyanın nəticələrinə əsaslanaraq, təhlükəsizlik tədbirlərinin gücləndirilməsi və fərdi mühafizə vasitələrinin təmin edilməsi üzrə plan hazırlanması.
 5. İşçilər üçün Hüquqlar. Zərərli əmək şəraitinə görə əlavə məzuniyyət, imtiyazlı pensiya, müalicəvi qida və əmək haqqına əlavələrin müəyyən olunması. 
 6. Sənədləşmənin Tam Hazırlığı. Attestasiya ilə bağlı bütün sənədlərin hazırlanmasını üzərimizə götürürük.
 
Standartlara Uyğun Fəaliyyət 
Xidmətlərimiz AZS ISO 17020:2021 standartına əsaslanır. Bu isə fəaliyyətimizin beynəlxalq inspeksiya tələblərinə tam uyğun olduğunu təsdiqləyir. ATTESTA MMC A tipli inspeksiya orqanı kimi akkreditasiya olunmuşdur və bu, göstərdiyimiz xidmətlərin peşəkarlığının göstəricisidir.
 
Niyə Bizimlə Əməkdaşlıq Edirlər?
Attestasiyanın bütün mərhələsində peşəkar dəstək; Müxtəlif sahələrdə topladığımız geniş təcrübə; Beynəlxalq standartlara uyğun dəqiqlik və keyfiyyət; Nəticələrə tam məsuliyyət və zəmanət. --- Bizimlə Əlaqə Saxlayın Müəssisənizdə sağlam və təhlükəsiz iş mühiti yaratmaq üçün biz buradayıq. 
Məsləhət sifariş edin — sizin üçün ən uyğun həlli birlikdə tapaq!  

ƏMƏYİN MÜHAFİZƏSİ VƏ ƏMƏK QANUNVERİCİLİYİNƏ UYĞUNLUQ

ATTESTA MMC-nin əsas məqsədi yalnız qanuni öhdəliklərin yerinə yetirilməsini təmin etmək deyil, həm də müəssisələrdə təhlükəsiz və dayanıqlı iş mədəniyyətinin formalaşdırılmasıdır. Beş ildən artıq təcrübəmizlə biz müxtəlif sahələrdə fəaliyyət göstərən şirkətlərə əməyin mühafizəsi üzrə müasir idarəetmə yanaşmalarını tətbiq etməkdə dəstək oluruq. Biz inanırıq ki, düzgün qurulmuş əməyin mühafizəsi sistemi — işçilərin sağlamlığını qorumaqla yanaşı, müəssisənin nüfuzunu, səmərəliliyini və davamlılığını da artırır.    

Xidmətlərimiz çərçivəsində:
 1. İş yerində əməyin mühafizəsi sisteminin qurulması və təkmilləşdirilməsi;
 2. Müəssisənin fəaliyyət növünə uyğun təhlükəsizlik qaydaları və təlimatların hazırlanması;
 3. İşçilər üçün ilkin və təkrar təhlükəsizlik təlimlərinin təşkili, biliklərin yoxlanılması;
 4. Yanğın təhlükəsizliyi üzrə xüsusi qaydaların hazırlanması və tətbiqi;
 5. Protokol, əmr, təqdimat və digər sənədlərin tam paket halında hazırlanması;
 6. Təhlükələrin müəyyənləşdirilməsi, risklərin qiymətləndirilməsi və idarə olunması;
 7. Əlavə tədbirlər planlarının hazırlanması və məsul şəxslər üçün vəzifə təlimatlarının işlənməsi;
 8. Əməyin mühafizəsi üzrə daxili nəzarətin təşkil edilməsi;
 9. İşçilərin fərdi mühafizə vasitələri ilə təminatının müəyyən olunması;
 10. İcbari tibbi müayinələrin planlaşdırılması və hüquqi çərçivədə tətbiqi. 

Bizimlə əməkdaşlıq etməklə siz: 
 1. Qanunvericiliyə tam uyğun fəaliyyət göstərən müəssisəyə sahib olursunuz;
 2. İşçi sağlamlığını qoruyaraq, istehsalatdakı riskləri minimuma endirirsiniz;
 3. Nizamlı sənədləşmə və şəffaf idarəetmə ilə yoxlamalara tam hazır olursunuz.  

KADR UÇOTUNUN İDARƏ EDİLMƏSİ

Kadr uçotu yalnız sənədlərin düzgün aparılması deyil, müəssisənin daxili nizam-intizamının, hüquqi təhlükəsizliyinin və işçi-müəssisə münasibətlərinin şəffaf qurulması deməkdir. ATTESTA MMC bu sahədə peşəkar yanaşma tətbiq edərək, müəssisələrdə kadr uçotunu qanunvericiliyə tam uyğun şəkildə formalaşdırır və idarə edir.    

Xidmətlərimiz nələri əhatə edir? 
 1.İşçilərlə əmək münasibətlərinin rəsmiləşdirilməsi (müqavilələrin bağlanması, dəyişdirilməsi, xitamı və elektron sistemdə qeydiyyat);
  2.Əmrlərin hazırlanması və qeydiyyatı;
  3.İş vaxtı rejimi, növbəlilik və məzuniyyətlərin idarə olunması; 
 4.Ştat cədvəllərinin və vəzifə təlimatlarının hazırlanması; 
 5.Maddi məsuliyyət barədə müqavilələrin tərtib edilməsi; 
 6.Xidməti müqavilələrin və daxili qaydaların işlənməsi. 

Nəticə olaraq siz əldə edirsiniz:   1.Qanunvericiliyə tam uyğun kadr idarəçiliyi;
 2.İşçi hüquqlarının qorunması və şəffaf əmək münasibətləri; 
 3.Müəssisənin fəaliyyətində nizamlılıq və səmərəlilik.  

TİKİNTİ XİDMƏTİ

ATTESTA MMC bütün layihələrini beynəlxalq standartlara cavab verən yüksək keyfiyyətli və uzunömürlü tikinti materiallarından istifadə edərək inşa edir.
İnşaat prosesi peşəkar işçi heyətimiz və təcrübəli mühəndislərimiz tərəfindən tikinti norma və qaydalarına tam şəkildə əməl olunmaqla planlı şəkildə idarə olunur. Davam edən tikinti prosesi mütəmadi olaraq rəsmi qurumlar tərəfindən yoxlanılır.

METAL  KONSTRUKSİYA XİDMƏTLƏRİ

ATTESTA MMC müxtəlif təyinatlı metal konstruksiya layihələrin modelləndirilməsi, hazırlanması və montajını həyata keçirir. Yüksək keyfiyyətli materiallardan istifadə edərək sənaye, istehsalat və tikinti obyektləri üçün davamlı və təhlükəsiz konstruksiya həlləri təklif edirik.